7 Ekim 2017 Cumartesi

İdeyası uğrunda ölümə gedən xarakterlər üçün:))

Sevgili dostlar, qarşınıza fransız dilini öyrənmək məqsədini qoymusunuzsa, nə qədər çətin gəlsə də əsla geri çəkilməyin. Bir müəllimim ideyası uğrunda ölümə gedən insanların əsl xarakterə malik olduğunu deyirdi. Haqlı ifadə olduğunu düşünürəm. Bəli, fikir doğru ola bilər, amma ideyalarımız isə heç də həmişə düşündüyümüz kimi doğru olmur. Ona görə yenə də bir öncəki yazıda qeyd olunan kimi qərarımızdan əmin olmalı və sonda əldə edəcəyimiz nəticəni həqiqətən istəyib, istəmədiyimizi qərarlaşdırmalıyıq. Əks təqdirdə həm bizim üçün, həm də ətrafımızdakılar üçün xoşagəlməz hadisələr yaşanır, insan dərindən sarsılır və yenidən başlamaq asan görünsə də çox çətin olur. Bunları yazmaqda məqsədim isə xırda olduğunu düşündüyünüz nüanslarla bağlı vaxtınızı boşa xərcləyib böyük problemlərlə rastlaşmanızın qarşısını almaq üçündür. Əgər doğrudan da istəkləriniz, ideyanız fransız dili sahəsindədirsə, zəhmətə qtlanmağa dəyər:)  Yox çöp boyda da olsa tərəddüdünüz varsa, ürəyinizin dərinliyində bir səs istəmədiyinizi hiss etdirirsə, o andaca əl çəkin. Necə deyərlər, zararın nerəsindən dönsən kardır. Deyəsən, çox kənara çıxdım. Keçək fransızcanın indiki zamanında sual cümləsi qurmağa:
Fransızlar, ingilislərdən fərqli olaraq, özləri üçün xüsusi bir başlıq yaradıb, cümlənin əvvəlinə gətirərək, sual düzəldirlər. Həmin ifadə də "Est - ce que" şəklindədir. Məsələn:
Sən varlısan? - Est - ce que tu riche?
Sən məşğulsan? - Est - ce que occupé?
Sən itmisən? - Est - ce que perdu?
Cümlədə "Est - ce que" sual yaradan hissəcik, "Tu" - "sən", "riche" isə "varlı", "zəngin" mənasında işlənən ifadələrdir. 

Qeyd: Fransızca ayları öyrənməyə çalışın. Uğurlar:)

Musiqi zamanı...

Əziz dostlar, mümkünsə, mahnının ilk bəndini tərcümə edin və sözləri əzbərləyin - https://www.youtube.com/watch?v=DTPK-vep8cQ

Dil öyrənmək üçün ən vacib amil

Əziz fransasevərlər, istənilən dili də öyrənmək üçün ilk növbədə gərəkli olan ən vacib amil sevgidir. Ümumiyyətlə, həyatımızda etmək istədiklərimizdə də,  istəmədiklərimizdə də bizi yönləndirən ən böyük qüvvə məhz sevgidir. Bu səbəbdən də hansısa işə başlamaq qərarını alan zaman ən birinci onu nə dərəcədə böyük məhəbbətlə edəcəyimizdən əmin olmalıyıq ki, sonra qərarsız qalmayaq. Qərarsız qalırıqsa, deməli, yetərincə sevmirik. Həyatımda dönüş yaradan və tamam başqa səmtə istiqamətlənməyimə səbəb olan sadə ifadəni sizlərlə bölüşmək istərdim. Paulo Coelhonun müəllifi olduğu ifadədə qeyd olunur: - "Əgər ilk seçimini həqiqətən istəsəydin, başqasını düşünməyə ehtiyac qalmazdı". Mövzudan çox da yayınmadan fransız dilində bir addım da irəliləyək:))
Düşündüm ki, hər dildə olduğu kimi fransız dilində də təməl hesab olunan tanışlıq bilgiləri haqda qısa bir yazı faydalı olar. Gəlin, qısa bir dialoqa nəzər salaq:
A -Salam - Salut 
G - Salam, sabahın xeyir - Bonjour.

A -Adın nədir? -  Comment t'appeles - tu?
G - Mənim adım Güneldir. Bəs sənin adın nədir? - Je m'appelles Günel. Quel est ton nom?

A - Mənim adım Aydandır - Je m'appelles Aydan. 
G - Şad oldum - Enchante

A - Necəsən? - Comment vas - tu?
G - Yaxşı çox sağ ol. Sən? - Bien. Et toi?

A - Çox yaxşıyam - Je suis très bien.
Qeyd: Sözlərin tərcüməsini və səslənməsini daha yaxşı bilmək üçün telefonunuza türkçe - fransızca sözlük və ya ingiliscə - fransızca dictionary köçürməniz və yaxud da ki, kompüterinizdə google translate - dən istifadə etməniz çox faydalı olar.


Fransızca şəxslərlə indiki zamanda cümlə qurmaq

   
 İlk yazı ilə Fransız dili və onun əlifbası ilə tanış olduqdan sonra növbəti addıma keçə bilərik. Fransızca danışa bilmək üçün bütün dillərdə olduğu kimi birinci növbədə müəyyən qədər söz ehtiyatı yığılmalıdır. Təməl baza yarandıqdan sonra tədricən qrammatikaya keçid almalı və  cümlə qurmağı öyrənmək gərəklidir. Baza yığılması üçün telefon və ya kompüter vasitəsilə istifadə edə biləcəyiniz bir çox proqram mövcuddur. Bunlardan ən yaxşısının isə memrise olduğunu deyərdim. Həmin proqramdan telefonda da rahat şəkildə istifadə etmək mümkündür. Bu sayədə fransızca söz öyrənməyi oyuna çevirib, daha əyləncəli hala gətirmək mümkündür. Bununla yanaşı, mahnıları və ya qısa mətnləri tərcümə edərək də söz bazanızı zənginləşdirə bilərsiniz. Mühüm məqamı da qeyd edim ki, əgər həqiqətən də yüksək səviyyədə öyrənmək istəyiniz çoxdursa, oxuduqlarınızı və gördüklərinizi mütləq və mütləq yazın. Özü də bir dəfə deyil də, bir neçə dəfə yazmanızda fayda var.
Keçək əsas məsələ olan - cümlə qurmağa. Fransız dilində şəxslər üzrə indiki zaman cümlələri qurmaq üçün müəyyən şərtlər ödənilməlidir. İngilis dilindəki "to be", fransız dilində bu şəkildə işlədilir:
Mən - Je suis                                Je suis intellegent - Mən ağıllıyam;
Sən - Tu es                                   Tu es intellegent - Sən ağıllısan;
O(kişi) - İl est                               İl est intellegent - O(kişi) ağıllıdır;
O(qadın) - Ellle est                      Elle est intellegent - O(qadın) ağıllıdır;
Biz - Nous sommes                     Nous sommes intellegent - Biz ağıllıyıq;
Siz - Vous êtes                             Vous êtes intellegent - Siz ağıllısınız;
Onlar - İls sont                             İls sont intellegent - Onlar ağıllıdırlar.
Qaydanı öyrəndikdən sonra, nümunəyə baxaraq, perdu(itmək),  faible(gücsüz), riche(varlı), malade(xəstə) sözlərindən istifadə edərək, cümlə qurmağa cəhd edin. Uğurlar:))

Fransız dilinin əlifbası

Fransızca (français, /fʁɑ̃sɛ/), Hint-Avropa dil ailəsinin Roman dilləri ailəsindən, Fransa ve Fransız sivilizasiyasını mənimsəmiş və keçmiş Fransız müstəmləkəsi ölkələrində istifadə olunan dildir.

İdeyası uğrunda ölümə gedən xarakterlər üçün:))

Sevgili dostlar, qarşınıza fransız dilini öyrənmək məqsədini qoymusunuzsa, nə qədər çətin gəlsə də əsla geri çəkilməyin. Bir müəllimim ide...