7 Ekim 2017 Cumartesi

Dil öyrənmək üçün ən vacib amil

Əziz fransasevərlər, istənilən dili də öyrənmək üçün ilk növbədə gərəkli olan ən vacib amil sevgidir. Ümumiyyətlə, həyatımızda etmək istədiklərimizdə də,  istəmədiklərimizdə də bizi yönləndirən ən böyük qüvvə məhz sevgidir. Bu səbəbdən də hansısa işə başlamaq qərarını alan zaman ən birinci onu nə dərəcədə böyük məhəbbətlə edəcəyimizdən əmin olmalıyıq ki, sonra qərarsız qalmayaq. Qərarsız qalırıqsa, deməli, yetərincə sevmirik. Həyatımda dönüş yaradan və tamam başqa səmtə istiqamətlənməyimə səbəb olan sadə ifadəni sizlərlə bölüşmək istərdim. Paulo Coelhonun müəllifi olduğu ifadədə qeyd olunur: - "Əgər ilk seçimini həqiqətən istəsəydin, başqasını düşünməyə ehtiyac qalmazdı". Mövzudan çox da yayınmadan fransız dilində bir addım da irəliləyək:))
Düşündüm ki, hər dildə olduğu kimi fransız dilində də təməl hesab olunan tanışlıq bilgiləri haqda qısa bir yazı faydalı olar. Gəlin, qısa bir dialoqa nəzər salaq:
A -Salam - Salut 
G - Salam, sabahın xeyir - Bonjour.

A -Adın nədir? -  Comment t'appeles - tu?
G - Mənim adım Güneldir. Bəs sənin adın nədir? - Je m'appelles Günel. Quel est ton nom?

A - Mənim adım Aydandır - Je m'appelles Aydan. 
G - Şad oldum - Enchante

A - Necəsən? - Comment vas - tu?
G - Yaxşı çox sağ ol. Sən? - Bien. Et toi?

A - Çox yaxşıyam - Je suis très bien.
Qeyd: Sözlərin tərcüməsini və səslənməsini daha yaxşı bilmək üçün telefonunuza türkçe - fransızca sözlük və ya ingiliscə - fransızca dictionary köçürməniz və yaxud da ki, kompüterinizdə google translate - dən istifadə etməniz çox faydalı olar.


Hiç yorum yok:

Yorum Gönder

İdeyası uğrunda ölümə gedən xarakterlər üçün:))

Sevgili dostlar, qarşınıza fransız dilini öyrənmək məqsədini qoymusunuzsa, nə qədər çətin gəlsə də əsla geri çəkilməyin. Bir müəllimim ide...