7 Ekim 2017 Cumartesi

Fransızca şəxslərlə indiki zamanda cümlə qurmaq

   
 İlk yazı ilə Fransız dili və onun əlifbası ilə tanış olduqdan sonra növbəti addıma keçə bilərik. Fransızca danışa bilmək üçün bütün dillərdə olduğu kimi birinci növbədə müəyyən qədər söz ehtiyatı yığılmalıdır. Təməl baza yarandıqdan sonra tədricən qrammatikaya keçid almalı və  cümlə qurmağı öyrənmək gərəklidir. Baza yığılması üçün telefon və ya kompüter vasitəsilə istifadə edə biləcəyiniz bir çox proqram mövcuddur. Bunlardan ən yaxşısının isə memrise olduğunu deyərdim. Həmin proqramdan telefonda da rahat şəkildə istifadə etmək mümkündür. Bu sayədə fransızca söz öyrənməyi oyuna çevirib, daha əyləncəli hala gətirmək mümkündür. Bununla yanaşı, mahnıları və ya qısa mətnləri tərcümə edərək də söz bazanızı zənginləşdirə bilərsiniz. Mühüm məqamı da qeyd edim ki, əgər həqiqətən də yüksək səviyyədə öyrənmək istəyiniz çoxdursa, oxuduqlarınızı və gördüklərinizi mütləq və mütləq yazın. Özü də bir dəfə deyil də, bir neçə dəfə yazmanızda fayda var.
Keçək əsas məsələ olan - cümlə qurmağa. Fransız dilində şəxslər üzrə indiki zaman cümlələri qurmaq üçün müəyyən şərtlər ödənilməlidir. İngilis dilindəki "to be", fransız dilində bu şəkildə işlədilir:
Mən - Je suis                                Je suis intellegent - Mən ağıllıyam;
Sən - Tu es                                   Tu es intellegent - Sən ağıllısan;
O(kişi) - İl est                               İl est intellegent - O(kişi) ağıllıdır;
O(qadın) - Ellle est                      Elle est intellegent - O(qadın) ağıllıdır;
Biz - Nous sommes                     Nous sommes intellegent - Biz ağıllıyıq;
Siz - Vous êtes                             Vous êtes intellegent - Siz ağıllısınız;
Onlar - İls sont                             İls sont intellegent - Onlar ağıllıdırlar.
Qaydanı öyrəndikdən sonra, nümunəyə baxaraq, perdu(itmək),  faible(gücsüz), riche(varlı), malade(xəstə) sözlərindən istifadə edərək, cümlə qurmağa cəhd edin. Uğurlar:))

Hiç yorum yok:

Yorum Gönder

İdeyası uğrunda ölümə gedən xarakterlər üçün:))

Sevgili dostlar, qarşınıza fransız dilini öyrənmək məqsədini qoymusunuzsa, nə qədər çətin gəlsə də əsla geri çəkilməyin. Bir müəllimim ide...